Yuxarı

ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru addım

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB ölkəmizdə həyat tərzi bankçılığının inkişafı istiqamətində daha bir mühüm addım atıb. Bank onlayn və mərkəzləşdirilmiş bilet xidməti platforması - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb.

Bu tərəfdaşlıq Beyond Banking həllərinin köməyi ilə müştərilər üçün müxtəlif mədəniyyət və əyləncə tədbirlərinə çıxışı daha da rahat, əlçatan edir.

Tərəfdaşlıq sənədinə uyğun şəkildə ABB mobile tətbiqində ayrıca “iTicket guşəsi” olacaq, tətbiq istifadəçiləri iTicket-in biletlərini elə ABB mobile-dan ala biləcəklər. iTicket platforması istifadəçiləri platformadakı “ABB Zone” kateqoriyasının və ayrıca məlumat xarakterli səhifənin üstünlüklərindən yararlanacaq, ödənişlərini ABB ilə həyata keçirəcəklər.

Tətbiq və internet platformaları üzərindən inteqrasiyaların inkişaf etdirilməsi, yeni funksionallıqların qurulması, müştərilər üçün əlavə imtiyazlar yaradan birgə kampaniyaların həyata keçirilməsi və s. də strateji tərəfdaşlığa daxildir.

Belə bir tərəfdaşlıq müştəri təcrübələrini daha da zənginləşdirəcək, insanların həyat tərzinə onların fərdi ehtiyaclarına uyğun yeni dəyərlər gətirəcək. iTicket-in onlayn bilet satışı sahəsindəki təcrübəsi ilə ABB-nin geniş müştəri bazasının, rəqəmsal infrastrukturunun bir araya gəlməsi ölkəmizdə həyat tərzi bankçılığının inkişafına xidmət edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.15 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla