Yuxarı

Azərbaycanda baş həkimin müavini bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda baş həkimin müavini bıçaqlandı

11:08

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib:

"Hazırda onun vəziyyəti stabil qiymətləndirilir. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

Tarix
2026.10.08 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla