Yuxarı

Yeni sədr müavini kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni sədr müavini kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad olunub, digər sərəncamla onun yerinə Səbuhi Əliyev təyin edilib.

Axar.az xəbər verir ki, S.Əliyev 1983-cü ildə anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub.

S.Əliyev 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb, 2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib, 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi dərs deyib.

2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb. 19 avqust 2024-cü ildən 13 aprel 2026-cı ilə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib, 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı ilə qədər Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 7 oktyabr 2026-cı il tarixinə qədər Dövlət Statistika Komitəsinin Aparat rəhbəri olub.

Prezidentin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Tarix
2026.10.08 / 15:42
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla