Yuxarı

Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suda boğulma hallarında xilasetmə əməliyyatları... - Video

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, təlimdə əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Cənub” dalğıc-axtarış qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri” xilas edərək ilkin yardım göstərdikdən sonra “aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.07.17 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident “Avaza” kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla