Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir - Rəsmi
12:50
| Ana səhifə İdman |
|
Meksikada keçirilən restlinq turnirində faciə baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Hidalgo ştatında təşkil olunan yarış zamanı 75 yaşlı hakim Herardo Herman Pineda ölüb.
“Əl Buho” ləqəbi ilə tanınan hakim turnirin əsas qarşılaşması zamanı restlinqçi İho de Fişmanın tətbiq etdiyi fənddən sonra həyatını itirib. Güləşçi hakimi qaldıraraq başıaşağı vəziyyətdə yerə çırpıb.
Pineda bir müddət ağrı içində yerdə qalıb, daha sonra isə hərəkətsiz vəziyyətə düşüb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyənləşdiriblər.
İho de Fişman polis tərəfindən saxlanılıb. Onu qəsdən adam öldürmə ittihamı ilə 5 ildən 15 ilədək həbs cəzası gözləyir.
|
Tarix
2026.10.08 / 12:33
|
Müəllif
Axar.az
|