Yuxarı

ABB “TamKart Max” kredit kartını təqdim etdi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB “TamKart Max” kredit kartını təqdim etdi!

ABB kredit kartından daha səmərəli istifadə etmək, alış-verişləri rahat planlamaq və kredit limitindən maksimum faydalanmaq imkanı yaradan yeni “TamKart Max” kredit kartını müştərilərə təqdim edib.

Bu kartla alış-veriş zamanı ödənişləri “TAM 12” funksiyası ilə 12 ay ərzində faizsiz ödəmək mümkündür. Belə bir imkanı “TamKart Max” kredit kartı ilə ölkəmizdə ilk dəfə məhz ABB yaradıb.

Ona görə də klassik kredit kartlarından fərqli olaraq “TamKart Max”-la bütün əməliyyatlar, o cümlədən alış-verişlər daha çevik və sərfəli şərtlərlə aparılır.

Kart sahibləri bütün əməliyyatlarda 60 günədək güzəşt müddətindən yararlana və “Taksitə Çevir” funksiyası ilə məbləği 24 ayadək taksitə bölə bilərlər.

“TamKart Max”ın əsas üstünlüklərindən biri də müştərilərə ödənişlərini daha sərbəst idarə etmək imkanı verməsidir. Belə ki, kart sahibi istənilən partnyor mağazalardakı alış-verişlərində taksit müddətini ABB mobile tətbiqi vasitəsilə 24 ayadək artırmaq imkanına malikdir. “TamKart Max” müştəriləri vaxtından əvvəl ödənilən borclar üçün heç bir faiz və komissiya ödəməyəcəklər.

Kredit kartının şərtləri:

• Tam 12 ay faizsiz ödəniş imkanı

• 24 ayadək taksit müddəti

• 300 – 30 000 AZN kredit limiti

• 100% nağdlaşdırma imkanı

• 60 günədək güzəşt müddəti

• FİFD: min.18.40% - maks.41.60%

Qeyd edək ki, “TAM 12” ilə 12 ay faizsiz ödəniş imkanı müştəriyə verilmiş kredit limitinin 20%-ə və kreditin maksimum 2000 AZN məbləğinə aiddir. Faydalanmaq istəyən kart sahibi müqavilə tarixindən etibarən 30 gün ərzində bu imkanı dəyərləndirə bilər.

“TamKart Max” kredit kartını ABB mobile tətbiqindən və ya abb-bank.az saytından tam onlayn sifariş edə bilərsiniz. Həmçinin bu kartı fiziki kart olmadan tam rəqəmsal şəkildə istifadə etmək mümkündür.

“TamKart Max” kredit kartı haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.10.08 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla