Yuxarı

Bakıda itkin düşən bacı-qardaşla bağlı dəhşətli detallar... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda itkin düşən bacı-qardaşla bağlı dəhşətli detallar... - Foto

Ötən gün Bakıda itkin düşən 2015-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasov və 2018-ci il təvəllüdlü Sədaqət Məhəmməd qızı Abbasova ilə bağlı dəhşətli detallar üzə çıxıb.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub:

"Onların sözlərinə görə, anaları fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib. Bacı-qardaş yaşadıqları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər.

Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bibisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb”.

Mehriban Zeynalova bildirib ki, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdiriliblər və hər iki uşaq məhkəmə-tibbi ekspertizadan keçirilib.

Paylaşımda qeyd olunub ki, uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib.

Mehriban Zeynalova, həmçinin bildirib ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.

Tarix
2026.07.18 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla