Yuxarı

Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:

"Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmalıdır".

Qeyd olunub ki, sürət həddinə riayət etmək, riskli manevrlərdən çəkinmək, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamaq və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmaq məsləhət görülür.

BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.

Tarix
2026.07.25 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla