Yuxarı

Leyla Əliyeva əlil uşaqlarla - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva əlil uşaqlarla - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

Axar.az xəbər verir ki, Leyla Əliyeva burada uşaqların reabilitasiyası, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olub.

Fondun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, söhbət edib, onlarla birgə vaxt keçirib.

Burada uşaqlar üçün hazırlanmış əyləncə proqramı təqdim edilib, həmçinin onlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Leyla Əliyeva daha sonra Nəsimi rayon 1 saylı körpələr evi və Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub.

Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar asudə vaxtlarında onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud, həmçinin valideyn himayəsindən məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

Tarix
2016.10.06 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla