Yuxarı

Azərbaycan Beynəlxalq kitab sərgisində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Beynəlxalq kitab sərgisində

Oktyabrın 19-23-də keçiriləcək Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan təmsil olunacaq.

Axar.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərinə səfər edəcək.

Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt Kitab Sərgisi özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir.

Cari ildə 56 kv.m. sahədə, Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin 22 oktyabr 2016-cı il tarixində Prezidentin müvafiq sərəncamına əsasən, cari ilin "Multukulturalizm ili" elan edilməsi ilə bağlı tədbirin keçirilməsi nəzərdə tutulur.

Tarix
2016.10.07 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla