Yuxarı

Bank gəncin çörəkpulunu kəsdi – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank gəncin çörəkpulunu kəsdi – Səbəb

Azərbaycanda banklar aylıq ödənişi gecikdirən müştərilərə qarşı qanunsuz addımlar atmaqda davam edir.

Axar.az xəbər verir ki, belə hadisələrdən biri Bərdədə məskunlaşan məcburi köçkün Nizaməddin Məmmədovun başına gəlib. O, bir neçə ay öncə kredit götürən müəllim həmkarına zamin durub. Həmin şəxs aylıq ödənişi gecikdirdiyindən Nizaməddin Məmmədovun çörəkpulu kəsilib.

Maraqlısı budur ki, cəmi 1 aydır banka borcunu ödəməyən müştəri məhkəməyə verilmədən, hər hansı qərar qəbul edilmədən onun və zaminin əməkhaqqı hesabından və çörək pulundan borc məbləği çıxılıb.

Üstəlik, N.Məmmədovun müavinət hesabında qarşıdakı ayların ödənişinə də mənfi işarəsi qoyulub. Yəni zamin durduğu adamın əvəzinə hər ay onun çörəkpulu kəsiləcək.

Hüquqşünas Anar Ramazanlı Xəzər xəbər-ə açıqlamasında bankın qanunsuzluğa yol verdiyini deyib. Onun sözlərinə görə, borcluya, eyni zamanda zaminə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdursa, bank kredit müqaviləsində nəzərdə tutulan məbləği nə borclu, nə də zaminin digər gəlirlərindən götürə bilər.

Tarix
2016.10.07 / 12:47
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla