Yuxarı

Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video

Dövlət Turizm Agentliyinin layihəsi çərçivəsində bu il ölkə ərazisində ümumi sahəsi 30 hektar olan 10 yeni ictimai çimərlik istifadəyə verilib. Hər birinin sahəsi 3 hektar olan çimərliklərin dördü Novxanı və Coratda, üçü Şüvəlanda, ikisi Türkanda, biri isə Şıx ərazisində yerləşir.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Yeni yaradılan ictimai çimərliklərdə yaradılan şərait və təhlükəsizlik tədbirləri barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufik İsmayılov məlumat verib.

O bildirib ki, əsas məqsəd vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

“Avtomobillərin sahil zolağına daxil olmasının qarşısını almaq üçün çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar təşkil olunub. Çimərliklərə giriş, avtodayanacaqlardan istifadə, daimi su ilə təmin olunan sanitar qovşaqları, soyunub-geyinmə otaqları, uşaq əyləncə meydançaları, futbol və voleybol sahələri tamamilə ödənişsizdir”, – deyə R.İsmayılov bildirib.

O əlavə edib ki, çətirlərin altında istirahət etmək və günəşlənmək üçün də vətəndaşlardan heç bir ödəniş alınmır. Ərazidə yalnız stol və stulların icarəsi ödənişlidir və bu xidmətdən istifadə könüllü xarakter daşıyır.

Tarix
2026.08.02 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla