Yuxarı

DİN 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxardı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.

Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.08.12 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla