Yuxarı

Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Bakı Bus MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasətin davamı olaraq ötən gün dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvan şəhərində Bakı Bus MMC-yə məxsus yeni elektrik avtobus parkının açılışı olub.

“Tikintisinə ötən ilin dekabr ayında başlanan ümumilikdə 2.72 hektar ərazini əhatə edən avtobus parkında inzibati bina, təmir mərkəzi, yuma məntəqəsi fəaliyyət göstərir. Avtobus parkının ərazisi 112 elektrik avtobusunun yerləşdirilməsi üçün nəzərdə tutulub. Burada 60 ədəd BYD markalı 53 nəfərlik sərnişin avtobusu xidmət göstərəcək, avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Eyni zamanda, avtobusların operativ yuyulması üçün yuma məntəqəsi fəaliyyət göstərir. Bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə ərzində həyata keçiriləcək. Su ehtiyatlarının qorunmasına da xüsusi ehtiyatla yanaşılan avtobus parkında istifadə edilən suyun 85 faizi filtrasiya olunduqdan sonra yenidən emal olunacaq. Avtobus parkının istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin edilib”, - o deyib.

Əsmər Əliyeva bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Baku Bus MMC-yə məxsus bütün avtobuslarda ödəniş tamamilə nağdsız qaydada həyata keçiriləcək:

“Ödəniş imkanlarının genişləndirilməsi məqsədilə "City kart" ödəniş sistemi ilə yanaşı, "BakıKart" ödəniş sistemi də tətbiq ediləcək. Sərnişinlər "Google pay" və "Apple pay"dən “BakıKart” mobil tətbiqini yükləyərək "QR kod" yaradaraq, eyni zamanda, istənilən bank kartları ilə ödənişlərini rahat şəkildə həyata keçirə bilərlər”.

Əsmər Əliyeva onu da bildirib ki, Bakı Bus MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin təmin olunamsına mühüm töhfə verəcək.

Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Tarix
2026.08.12 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla