Yuxarı

Tarixdə ən isti avqust ayı olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixdə ən isti avqust ayı olacaq

2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib.

Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03°C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu.

Beləliklə, temperatur göstəriciləri bu səviyyədə davam edərsə, 2026-cı ilin avqustu tarixdə ən isti avqust ayı kimi düşə bilər.

Qeyd edək ki, 2026-cı ildə qlobal temperaturun rekord səviyyələrə çatacağı ilə bağlı beynəlxalq iqlim proqnozları da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2026–2030-cu illər arasında ən azı bir ilin 2024-cü ilin rekordunu geridə qoyması ehtimalı 86 faiz qiymətləndirilir.

Tarix
2026.08.13 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla