Yuxarı

Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib. Yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Axar.az xəbər verir ki, Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı yaradacaq.

Qazaxıstan Azərbaycan Hava Yollarının beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildə genişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir.

Atırau istiqamətinə biletləri www.azal.az rəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Tarix
2026.08.17 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla