Yuxarı

“Baksell” bu tarifin qiymətini endirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baksell” bu tarifin qiymətini endirdi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet Provayderi "Baksell" şirkəti öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verdiyini elan edir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, yeni kampaniyanın şərtlərinə görə, indi "Baksell" abunəçiləri həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan – 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0.16 AZN ödəyəcəklər. Pik saatlarında beynəlxalq zənglərin qiyməti isə 1 dəqiqəsi 0.32 AZN hesabı ilə dəyişməz olaraq qalır.

Bu yeni tarif planını təqdim etməklə, "Baksell" bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir.

"Bu yeni təklifi ilə "Baksell" öz abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq", - "Baksell" şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

"Baksell" öz abunəçiləri üçün sərfəli tariflər təklif etməkdə davam edəcək.

Tarix
2016.10.12 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla