Yuxarı

Zaqatalada tütün müəssisəsi yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada tütün müəssisəsi yandı

"İnter-Tobacco" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala tütün istehsalı və emalı məntəqəsində yanğın olub.

APA xəbər verir ki, oktyabrın 12-i axşam saat 23:25 radələrində "İnter-Tobacco" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala rayonu Aşağı Tala kənd inzibati ərazisində fəaliyyət göstərən Zaqatala tütün istehsalı və emalı məntəqəsinin tütün qurutma kamerasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

FHN-nin Zaqatala rayon DYMH-dən bildirilib ki, yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər tütün qurutma kameralarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yanğın baş verən tütün qurutma kamerasının 28 kv/m-lik sahəsinin yanar konstruksiyaları və içərisində olan tütün yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Tarix
2016.10.13 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla