Yuxarı

42 yaşlı general, görün, kimin oğlu imiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
42 yaşlı general, görün, kimin oğlu imiş - Foto

Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb.

Axar.az Bakivaxti.az-a istinadla xəbər verir ki, Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiyi peşənin ailə ənənəsi ilə də bağlı olduğu bildirilir.

Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət edib.

General-mayor rütbəsi almamışdan əvvəl DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb. 2024-cü il avqustun 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

Nəsib Mirzəyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlər zamanı göstərdiyi xidmətlərə görə bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb.

Onun təltifləri arasında “Zəfər” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” ordeni, III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, həmçinin “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları var.

2026-cı ilin yanvarında Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub.

Tarix
2026.08.24 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla