Yuxarı

Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - Foto

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.

Axar.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər “Planet Parni iz Baku” KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.

Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.

Aktyor Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Tarix
2026.08.25 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla