Yuxarı

Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi

Ağdam rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs və şirkət əməkdaşı həbs edilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hər iki şəxs Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rayonun Baharlı qəsəbəsində saxlanılan 1991-ci il təvəllüdlü Tahir Nurəddin oğlu Əliyevdən qurudulmuş marixuana aşkar edilib.

O, izahatında göstərib ki, tanışı Elçinlə birlikdə Baharlı qəsəbəsində marixuana çəkib:

“Marixuanaya görə Elçinə pul verməmişəm. İlk dəfə olaraq inzibati xəta törətmişəm və tutduğum əməldən peşmançılıq hissi keçirirəm”.

Tahir Əliyevin kiçik sahibkarlıqla məşğul olması məlum olub.

Bundan başqa, həmin qəsəbədə keçirilən digər əməliyyat nəticəsində 1984-cü il təvəllüdlü Bilal Fazil oğlu Babayev saxlanılıb. Ondan da qurudulmuş marixuana aşkarlanıb.

Babayev izahatında göstərib ki, tanışı Elçindən 10 manata marixuana alıb və çəkib. O, əvvəllər də bir neçə dəfə Elçindən marixuana aldığını etiraf edib.

Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 30 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, Bilal Babayev “Diller İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) qəlibləyici işləyib.

Tarix
2026.08.25 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla