Yuxarı

ADSEA-nın yeni rəqəmsal QR Bələdçi platforması - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA-nın yeni rəqəmsal QR Bələdçi platforması - Video

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən vətəndaşların su xidmətləri ilə bağlı zəruri məlumat və xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib.

QR Bələdçi su xidmətləri üzrə zəruri məlumat və xidmətləri vahid platformada birləşdirən, vətəndaşların müvafiq xidmətlərə rahat və operativ çıxışını təmin edən yeni rəqəmsal həlldir. Platformada Agentliyin müvafiq qurumları tərəfindən göstərilən xidmətlər, müraciət qaydaları və vətəndaşlar üçün faydalı məlumatlar sistemli və aydın formada təqdim olunur.

Platformanın əsas üstünlüklərindən biri xidmət və məlumatların ərazi üzrə uyğunlaşdırılmasıdır. İstifadəçi QR kodu oxudaraq müvafiq şəhər və ya rayonu seçir. Seçim əsasında həmin əraziyə xidmət göstərən qurum müəyyən edilir və müvafiq xidmətlər istifadəçi üçün əlçatan olur.

QR Bələdçinin analitik imkanları həmçinin istifadəçi davranışlarının təhlilinə və platformanın davamlı təkmilləşdirilməsinə imkan yaradır. Əldə olunan göstəricilər istifadəçi ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və davamlı təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, QR Bələdçinin funksionallığının mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə yeni funksiyaların əlavə olunması nəzərdə tutulur.

Yeni həll su xidmətləri üzrə vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə, zəruri xidmətlərə çıxışın sadələşdirilməsinə və rəqəmsal xidmətlərdən istifadənin daha çevik təşkilinə xidmət edir.

Rəqəmsal imkanlardan faydalanın !

Platformaya birbaşa keçid linki: https://qr.adsea.az

Tarix
2026.08.25 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla