Yuxarı

Yeni sanitariya norma və qaydaları təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni sanitariya norma və qaydaları təsdiqləndi

İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin minimuma endirilməsi məqsədilə yeni normativ hüquqi aktlar təsdiq edilib.

Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA-nın müvafiq kollegiya qərarları ilə təsdiq olunan bu yeni qaydalar ölkədə heyvandarlıq, yemçilik və qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti mexanizmlərini daha da gücləndirəcək.

“Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında kollegiya qərarı yem istehsalı, emalı və daşınması zamanı koksidiostat və ya histomonostatların yaratdığı qaçılmaz çarpaz çirklənmə risklərinin qarşısının alınmasına xidmət edir. Bu çərçivədə yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan maddələrin heyvan mənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair normativ hədlər tənzimlənib.

Digər qərarla isə “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”na dəyişiklik edilib. Dəyişiklik edilmiş sanitariya normaları heyvanların müalicəsi və profilaktikasında istifadə olunan farmakoloji aktiv maddələrin, o cümlədən antibiotiklərin qida zəncirində yarada biləcəyi risklərin qarşısının alınması ilə bağlı tələblərin təkmilləşdirilməsini nəzərdə tutur. Bu qərarla ət, süd, yumurta və bal kimi heyvan mənşəli qida məhsullarında insan sağlamlığı üçün təhlükə yarada biləcək farmakoloji aktiv maddə qalıqlarının yol verilən maksimum hədlərinə dair təkmilləşdirilmiş tələblər müəyyənləşdirilir.

Sözügedən qərarlarla təsdiq edilmiş sanitariya norma və qaydaları 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Hazırlanan sənədlərlə https://shorturl.at/WVODW və https://shorturl.at/8WZtc linklərinə keçid edərək tanış olmaq mümkündür.

Tarix
2026.08.26 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla