Yuxarı

Bu rayonlarda Amerika ağ kəpənəyi yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlarda Amerika ağ kəpənəyi yayıldı

Zaqatala, Qax, Balakən və Şəkinin bəzi kəndlərində Amerika ağ kəpənəyi yayılıb.

Bu barədə Aaxr.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, AQTA Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.

Növbəti monitorinq çərçivəsində region üzrə 400-dən artıq nöqtədə fitosanitar müşahidələr aparılıb.

Zaqatala rayonunun Muğanlı, Danaçı, Maqov və Mosul, Balakən rayonunun Püştətala, İtitala, Çorçorbinə, Beretbinə, Talalar, Katex və Kortala kəndlərində, Qax rayonunun bir sıra ərazilərində, həmçinin Şəki rayonunun Köndələn kənd yolu, Babaratma və Qudula ərazilərində Amerika ağ kəpənəyinin yayıldığı müəyyən edilib.

Bildirilib ki, aşkar edilmiş ilkin ocaqlarda zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə dərhal müvafiq mübarizə tədbirlərinə başlanılıb.

Məlumata görə, sakinlərə Amerika ağ kəpənəyinin xarici görünüşü, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı və meşə bitkilərinə vura biləcəyi zərər, eləcə də mübarizə tədbirləri barədə məlumat verilib. Həmçinin zərərvericinin mexaniki üsulla toplanaraq məhv edilməsi və yaşayış sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib.

Zərərvericiyə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Kimyəvi mübarizə tədbirləri zamanı pestisidlərin düzgün seçilməsi və tətbiq qaydalarına əməl olunması tövsiyə olunub.

Tarix
2026.08.31 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla