Yuxarı

Niyaməddin Musayevin 85 illik yubiley tədbiri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyaməddin Musayevin 85 illik yubiley tədbiri...

03.09.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, görkəmli müğənni Niyaməddin Musayevlə görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbir Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Ziyad Səmədzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüş Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunub.

Tədbirdə əməkdar artistlər Könül Kərimova, Nüşabə Ələsgərli, bəstəkar-müğənni Cabbar Nusayev, "Buta" rəqs qrupu və digər mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda Niyaməddin Musayevin uzun illər ərzində Azərbaycan estrada sənətinin inkişafına verdiyi töhfələrdən, zəngin yaradıcılıq fəaliyyətindən və sənətkarlığından söz açılıb. Qeyd olunub ki, sənətkarın ifa etdiyi mahnılar uzun illərdir dinləyicilərin rəğbətini qazanaraq Azərbaycan musiqisinin dəyərli nümunələrinə çevrilib.

Görüşün sonunda Niyaməddin Musayev öz repertuarından sevilən mahnıları ifa edib. Sənətkarın çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tarix
2026.09.04 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla