Yuxarı

Həmidov və Bərxudarovun döyüşlərdən yeni kadrları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmidov və Bərxudarovun döyüşlərdən yeni kadrları...

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi günlərinə aid yeni və təsirli görüntülər yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov və general-leytenant Mais Bərxudarov yer alıblar.

Kadrların Vətən müharibəsi zamanı azad olunan Qubadlı rayonu ərazisində çəkildiyi bildirilir. Səmimi və döyüş ruhunu əks etdirən kadrlarda igid zabitlərimizin qələbə əzmi, həmçinin torpaqlarımızın azad olunması uğrunda aparılan əməliyyatlardakı həmrəyliyi açıq şəkildə əksini tapıb.

Videoda hərbçilərimizin bir araya gələrək zarafatlaşması, bölgənin azad edilməsindən duyduqları sevinc və qürur hissi açıq şəkildə nəzərə çarpır.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində misilsiz şücaət göstərmiş Şükür Həmidov Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tarix
2026.09.07 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla