Yuxarı

Sükan arxasında yuxuladı, “Toyota”nı aşırdı - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sükan arxasında yuxuladı, “Toyota”nı aşırdı - Anbaan video

Bu gün Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində qəza baş verib.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb.

“Səhər saat 7 radələrində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib. Yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqların edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur.

Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.

Uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir.

Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər. Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın.

Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil".

Tarix
2026.09.07 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla