Yuxarı

Şagirdlərimiz riyazi məsələlərin şərhində çətinlik çəkir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagirdlərimiz riyazi məsələlərin şərhində çətinlik çəkir

Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu PİSA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, PİSA qiymətləndirmə sistemində istifadə olunan ballar qəbul imtahanlarında tətbiq edilən qiymətləndirmə sistemi ilə tamamilə fərqlidir.

Onun sözlərinə görə, PİSA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isəaşağı qiymətləndirilir.

“Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Məsələn, 500 bal orta səviyyəli nəticə hesab olunur. Əgər şagird 400 bal toplayıbsa, bu, daha aşağı nəticə deməkdir. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür”, – nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PİSA nəticələrindəki mövqeyi 49-cudur.

Nazir əlavə edib ki, Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub:

“Buna səbəb riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin artıq öz nəticəsini verməsidir. Burada riyaziyyat müəllimlərinin xüsusi rolu var”.

Tarix
2026.09.08 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla