Yuxarı

Direktorların işə qəbul mexanizmləri təkmilləşdiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktorların işə qəbul mexanizmləri təkmilləşdiriləcək

Azərbaycanda 100 mindən çox beş yaşlı uşaq üçün məktəblərdə məktəbəhazırlıq qrupu xidməti fəaliyyət göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.

Onun sözlərinə görə, bu say beş yaşlı uşaqların 93 faizini əhatə edir:

"Bu prosesin qəbulu aparılır. Həmçinin ucqar kənd məktəblərində də məktəbəqədər təhsil ön plandadır. Bu il həmin uşaqlar üçün 34 minə yaxın yer ayrılıb".

MÜTDA sədri bildirib ki, növbəti illərdə əsas hədəflərdən biri əhatəliliyin artırılması, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların əməyinin stimullaşdırılması olacaq:

"Ümumi təhsilə gəldikdə isə burada əsas istiqamətlərdən biri məzmun və təhsil proqramlarının dəyişdirilməsi, eyni zamanda müəllimlərin peşəkarlığının artırılması, seçimi və sertifikatlaşdırılması olacaq. İnsan resursları istiqamətində əsas fəaliyyətlərimizdən biri də məhz bu məsələlərdir. Növbəti məsələ isə ümumi təhsil müəssisələrində direktorların və digər idarəçilərin formalaşdırılması, onların işə qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu da ümumi təhsilin qarşısında duran əsas hədəflərimizdən biri olacaq".

Tarix
2026.09.19 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla