Yuxarı

Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə görüşdü

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazir Kəmaləddin Heydərov iki ölkə arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən məmnunluqla bəhs edib, ortaq köklərə malik xalqlarımızın tarixi və mədəni yaxınlığına, ümumi dəyərlərə, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun siyasi üzaqgörənliyi və müdrikliyi sayəsində strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini xatırladıb.

Bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında genişlənən əlaqələrə toxunan nazir, ölkə Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Oş vilayətində baş vermiş güclü zəlzələdən sonra Azərbaycan FHN tərəfindən Qırğızıstana humanitar yardımın çatdırılmasını, ötən il Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinə təmənnasız olaraq maddi-texniki yardımın göndərilməsini ölkələrimiz arasında qardaşlıq həmrəyliyinin daha bir təzahürü kimi dəyərləndirərək, bunun qurumlararası xoşməramlı münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.

Nazir Qırğızıstan FHN ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə, mütəxəssislərin hazırlanması, peşəkar təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb, bununla bağlı Qırğız Respublikasının Bakıdakı Səfirliyinin səylərini davam etdirəcəyinə əminliyini bildirib.

Səfir Maksat Mamıtkanov Azərbaycan və Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə edib.

Bu çərçivədə səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Tarix
2026.09.22 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla