Yuxarı

Xətainin heykəli üzərində rusca yazı: Kimə "həsr" olunub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətainin heykəli üzərində rusca yazı: Kimə "həsr" olunub?

Fotoda gördüyünüz Xətainin heykəlidir. Heykəlin lövhə hissəsində (üzərində "Şah İsmayıl" yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə "Nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov" (həm də rusca - red.) yazılıb. Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur. Dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərində müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı?

Axar.az xəbər verir ki, bu barədə jurnalist Sənan Nəcəfov paylaşım edib.

“İkincisi, abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?

Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.

Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir”, - o əlavə edib.

Tarix
2026.09.29 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla