Yuxarı

AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

Azərbaycan Hava Yolları Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 29 sentyabr – 31 dekabr 2026-cı il tarixlərində keçiriləcək kampaniya çərçivəsində sərnişinlər 2026-cı il ərzində yerinə yetirilmiş Azərbaycan Hava Yolları uçuşlarına aid minik talonlarını təqdim etməklə müxtəlif xidmətlər üzrə endirimlər əldə edə biləcəklər.

Xüsusi təkliflər Bakı və regionlarda hotellərdə gecələmə, restoran, sağlamlıq, SPA, fitnes və əyləncə xidmətlərini əhatə edir. Kampaniya həmçinin Bakı üzrə ödənişsiz şəhər avtobus turundan, oktyabrın 3-də isə bir sıra turizm məkanlarına ödənişsiz giriş imkanından yararlanmağa şərait yaradır.

Bu təşəbbüslə Azərbaycan Hava Yolları ölkədaxili turizmin təşviqinə töhfə verməyi və sərnişinlərinə uçuşdan sonra da əlavə imkanlar təqdim etməyi hədəfləyir.

Təkliflərdən yararlanmaq üçün fiziki minik talonu təqdim olunmalıdır. Hər minik talonundan yalnız bir dəfə istifadə etmək mümkündür və istifadədən sonra talon tərəfdaş şirkətdə saxlanılır. Elektron minik talonları qəbul edilmir.

Qeyd edək ki, təkliflərin qüvvədə olduğu tarixlər və istifadə şərtləri xidmətə görə dəyişir. Mövcudluqdan asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Kampaniya ilə bağlı ətraflı məlumatı bu linkə keçid edərək əldə edə bilərsiniz.

Tarix
2026.09.29 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla