Yuxarı

Bakının ən bahalı ünvanları: Şok qiymətlər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ən bahalı ünvanları: Şok qiymətlər - Foto

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.

Axar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucuovun FED.az-a verdiyi məlumata görə, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/kv.m təşkil edir.

İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir. Burada maksimal qiymət 15 900 manat/kv.m-dir. İlk üçlüyü isə 9 200 manat/kv.m göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin "Yaşıl Ada 1" ərazisi tamamlayır.

Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/kv.m-ə çatır.

AQC rəhbəri bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.

Məsələn, siyahıdakı ən yüksək 19 min manat/kv.m qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7.4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/kv.m göstərilir.

Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib:

Tarix
2026.10.01 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla