Yuxarı

Prokuror 10,5 il cəza istəmişdi, hakim 1,5 il verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror 10,5 il cəza istəmişdi, hakim 1,5 il verdi

Bakının Sabunçu rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmə Ayxan Vəlizadənin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Qeyd edək ki, bundan əvvəli iclasda çıxış edən prokuror təqsirləndirilən Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib.

44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. İftixar Vəlizadənin 19 yaşlı oğlu Ayxan Vəlizadə şübhəli şəxs qismində saxlanıb.

Ayxan Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Tarix
2026.10.14 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla