Yuxarı

Ziyafət Əsgərov komitə sədrinə irad bildirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukraynanın və digər bir neçə ölkənin təcrübəsindən istifadə olunub. 5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Bbirinci vitse-spiker Ziyafət Əsgərov söz alaraq İ. Həbibbəyliyə irad bildirib: "İsa Həbibbəyli, qanun layihəsi barədə məlumat verdiniz. Amma burda heç yazılmayıb ki, məktəbəqədər təhsil anlayışı nə deməkdir? Layihədə bu barədə məlumat yoxdur, siz də açıqlamadınız. Müxtəlif terminlər var, amma ən lazım olan anlayışın mənası yoxdur. O zaman biz bu qanunu neyləyirik? İkinci sualım odur ki, məktəbəqədər təhsil ilə uşaq bağçasının fərqi nədir? Uşaq əlifbanı məktəbə qədər öyrənəcəksə, o zaman birinci sinifdə nə öyrənəcək? Qanunda bunların heç biri göstərilməyib və qaranlıqdır".

Layihə barədə müzakirələr davam edir.

Tarix
2016.10.28 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla