Yuxarı

Kəmaləddin Heydərov İranın Daxili İşlər naziri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov İranın Daxili İşlər naziri ilə görüşdü

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Tehranda İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccarla görüşüb.

Görüşü Fars agentliyi işıqlandırıb. Kəmaləddin Heydərov görüşdə bildirib ki, Azərbaycan İranla fövqəladə halların qarşısının alınması və sənaye tullantılarının aradan qaldırılması sahəsində əməkdaşlıq etməyə hazırdır.

Heydərov deyib ki, Azərabycan İranla Xəzər dənizinin ətraf bölgələrində xilasetmə işlərini gücləndirmək və ehtimal olunan hadisələrin qarşısını almaq məqsədi ilə müştərək təlim məşqləri keçirməyə hazırdır.

"Xəzər dənizində və ya ətraf meşələrdə yanğın baş verdikdə bəzən həmin bölgələrə qüvvələri yalnız vertolyotlarla göndərmək mümkündür.

İki ölkə arasında krizis hallarında qarşılıqlı əməkdaşıq haqqında sazişin olmaması xilasetmə işlərini çətinləşir. Bu sahədə sazişin imzalanması fövqəladə hallarla mübarizə sahəsində iki ölkə arasında əlaqlərin güclənməsində təsiredici rol oynaya bilər"

Görüşdə İranın daxili işlər nazirinin müavini İsmayıl Nəccar sel, zəlzələ, torpaq sürüşməsi və digər fövqəladə hallarla mübarizə sahəsində İranlı qüvvələrin təcrübəli olduğunu və bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

"İran və Azərbaycan fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığını artırmalı və bu sahədə iki ölkə qüvvələrinin iştirakı məşqlərin keçirilməsi zəruridir", - Nəccar bildirib.

O, deyib ki, birgə təlim məşqlərinin keçirilməsi fövqəladə hallarla mübarizəni effektiv edə bilər.

Görüşdə həmçinin İki ölkə arasında sel, zəlzələ, torpaq sürüşməsi, yanğın və digər fövqəladə hallarla mübarizə yolları haqda fikir mübadiləsi aparılıb (ANS).

Tarix
2014.03.16 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla