Yuxarı

Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

Türkiyənin ədliyyə naziri Akın Gürlek və həyat yoldaşı Elif Gülşah Gürlekə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Nazirə və xanımına hücum göstərişinin xaricdən gəldiyi iddia olunur. İstintaq çərçivəsində şübhəlilərin fərqli tarixlərdəki ünvanlarında aparılan axtarışlarda 2 sənədsiz silah, bu silahlara aid patronlar və 3 milyon 206 min TL ($68.236) nağd pulun ələ keçirildiyi açıqlanıb. Onların barəsində həbs qərarının verilməsi tələb edilib.

Nazirə qarşı sui-qəsdin arxasında kim var?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib ki, Türkiyədə iqtisadi böhranın da təsiri ilə yeni cinayət növlərinin və dəstələrin meydana çıxdığı bir dövrdə cinayət və mütəşəkkil cinayətkarlığa qarşı ədliyyə naziri Akın Gürlekin başladığı genişmiqyaslı mübarizə istər-istəməz diqqətləri onun üzərinə yönəldib:

“Böyük pulların dövr etdiyi qanunsuz mərc, qumar, narkotik kimi işlərlə məşğul olanlar qurduqları cinayət imperiyalarına qarşı mübarizə aparan ədliyyə naziri Akın Gürlekə qarşı hərəkətə keçdilər.

Nazirə birbaşa hədəfə almaqda uğur qazana bilməyəndə yaxınlarına qarşı bu və buna bənzər fəaliyyətlər həyata keçirərək Ədliyyə Nazirliyinin cinayət və cinayətkarlığa qarşı apardığı bu mübarizədən onu geri çəkilməyə məcbur buraxmaq, gözünü qorxutmaq məqsədi daşıyan hərəkətlərə əl atdıqları anlaşılır.

Akın Gürlek bu məsələdə heç bir güzəştə getmədən yeni nəsil cinayətkar dəstələrə, yeni nəsil cinayət təşkilatlarına, narkotik baronlarına və üstü açılmamış qətllərə qarşı möhtəşəm mübarizə apararaq adını tarixə yazdırmaq istəyir.

Bu məqamda ötən illərdə qətlə yetirilən Ülkü Ocaqlarının sabiq sədri Sinan Atəş işi üzərində də Ədliyyə Nazirliyinin işlədiyi, bu işdə sifarişçi, yönləndirici və qaranlıq qalmış bütün məqamları üzə çıxarmaq üçün böyük səy göstərdiyi bilindiyi üçün bundan sonrakı prosesdə nazirə qarşı bu və buna bənzər hərəkətlərin həyata keçirilməsi ehtimalı yüksəkdir”.

Tarix
2026.07.14 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla