Yuxarı

AŞPA-nın Bakıya qarşı “ənənəvi” təzyiq vasitəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-nın Bakıya qarşı “ənənəvi” təzyiq vasitəsi...

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası Parlament Assambleyası da (AŞPA) erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin əlində alət olduğu üçün Avropa dəyərlərini tapdalayır. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, ötən ay AŞPA-nın sessiyasında qəbul olunmuş növbəti qərəzli qətnamə də təşkilatın ölkəmizə qarşı “ənənəvi” mövqeyinin göstəricisi oldu:

"Demokratiya, insan haqları, söz azadlığı, “siyasi məhbus” və s. kimi məsələlər təşkilatın Azərbaycana qarşı “ənənəvi” təzyiq vasitəsidir. Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. AŞPA Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir".

Millət vəkilinin fikrincə, AŞPA islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir:

"Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən deputat Frank Şvabe irəli sürmüşdü. Frank Şvabe təşəbbüsü irəli sürərkən Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən çox “narahat” görünürdü. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb".

Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini tənqid edərək, 2023-cü ildə ölkənin öz suveren hüquqlarını həyata keçirdikdən sonra qəbul edilən qərarların siyasi xarakter daşıdığını vurğulayıb:

"Bu yanaşma təşkilatın obyektivliyi və ədalət prinsipləri ilə bağlı ciddi suallar doğurur. Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərinin gələcəyini yenidən qiymətləndirir və təşkilatdan tam çıxmaq ehtimalını nəzərdən keçirir.

Hazırda AŞPA Avropa dəyərlərinin daşıyıcısı olan platformadan daha çox müəyyən xarici dairələrin əlində alət olan islamafob və türkəfob bir struktura çevrilib. Beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə beynəlxalq hüquq normaları əsasında deyil, sifarişlər əsasında sənədlər qəbul edən AŞPA-nın Avropa məkanında nüfuzu aşağı səviyyədədir. Təşkilat müxtəlif ölkələrə münasibətdə obyektiv yox, ikili standartlar və qərəz mövqeyindən çıxış edir. Belə olan halda, AŞPA heç bir halda Avropa cəmiyyətinin etimadını qazana bilməz. Bu mənada, Azərbaycan ictimaiyyəti də təşkilatın ölkəmizlə bağlı qərəzli sənədlərini rədd edir. Digər tərəfdən, bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Əgər Azərbaycan AŞPA-nı tərk edərsə, bu dövlətimizin deyil, həmin təşkilatın nüfuzuna zərbə olacaq. Çünki təşkilat bununla Cənubi Qafqazın liderini, Avropa İttifaqının strateji tərəfdaşını itirəcək”.

Tarix
2026.07.14 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevdən Makrona: Yeni dövr başladı!

İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyev Makronu təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla