Yuxarı

Azərbaycanın Bahar qızı kim olsun – Kişilər cavab verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Bahar qızı kim olsun – Kişilər cavab verir

Novruzu Baharqızı olmadan təsəvvür etmək mümkün deyil. Səhnəmizin məşhur xanımları da gözəllikləri ilə heç də Bahar qızından geri qalmırlar. Müğənni xanımlarımız hər biri Baharqızı olmağa layiq olsa da, görəsən kişi müğənnilər bu obrazı kimə daha çox yaraşdırırlar?

"Axar.az"ın sorğusunu səhnəmizin məşhur kişi müğənniləri cavablandırır.

Oksana Rəsulova

Həmişə olduğu kimi bu il də bayramı iş başında qeyd etməyi planlaşdıran müğənni Yaşar Cəlilov Baharqızı obrazını tanınmış simalardan ancaq bir xanıma yaraşdırdığını dedi: "Özü kimi rəqsləri də gözəl olan rəqqasə Oksana Rəsulovanı Baharqızı kimi təsəvvür edirəm".

Günay İbrahimli

Novruz bayramını çox dəyər verdiyi ailəsi ilə birgə keçirməyi planlaşdıran müğənni Əbdul Xalid isə Baharqızı obrazını gənc və istedadlı müğənni Günay İbrahimliyə yaraşdırır.

Aşıq Samirə

Bayramı Almaniyanın Köln şəhərində həmyerlilərimiz üçün təşkil ediləcək konsertdə çıxış edərək keçirəcək müğənni Abbas Bağırovun isə Baharqızı obrazında Aşıq Samirəni gördüyünü dedi.

Güllü Muradova

Müğənni Zəka Vilayətoğlu da bu bayramı ailəsi ilə qeyd edənlərdəndi. Onun fikrincə, Baharqızı olmağa layiq xanəndə Güllü Muradovadır: "Onun üzündə körpə məsumluğu bahar təravəti duyulur".

Natavan Həbibi

Müğənni Elariz Məmmədoğlu isə deyir ki, konsert tədbirləri ilə əlaqədar bu bayramı yolda qeyd edəcək: "Bölgələrin birində bayram konsertində iştirak edəcəyəm. Səhər gedib, axşam qayıdacağam. Bu səbəbdən bayramı yolda keçirəcəyəm. Bahar qızı obrazında isə gözəl müğənnimiz Natavan Həbibini görürəm".

Tarix
2014.03.19 / 00:02
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla