Yuxarı

Zakir Həsənov Əfqanıstanın Xarici işlər naziri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Əfqanıstanın Xarici işlər naziri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri cənab Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri Azərbaycan ilə Əfqanıstan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, tərəfdaşlıq əlaqələrinin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycanla Əfqanıstan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib və NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna 1 milyon avro ayrılmasını da ölkəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə verilən töhfə kimi qiymətləndirib.

Sonra ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Miraslam Vazeri də iştirak edib.

Tarix
2014.03.19 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla