Yuxarı

Maşallah Əhmədov əlbəyaxa davaya çıxdı - Məhkəmədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, Maşallah Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, Maşallah Əhmədova yüksək cəza verilməsini məhkəmədən xahiş edib.

Maşallah Əhmədov isə zərərin ödəniləcəyini deyib. Maşallah Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.

Daha sonra Maşallah Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa dava olub.

Proses dekabrın 2-də davam edəcək.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

Tarix
2016.11.25 / 10:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla