Yuxarı

"Günəşli" qurbanlarının xatirəsinə abidə qoyulacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrın 4-də "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə SOCAR prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən abidə qoyulacaq.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, fədakar neftçilərin xatirəsinə ucaldılan bu abidə bir tarixi ənənənin davamıdır. 1957-ci ildə şiddətli qasırğa Neft Daşlarında 21 neftçinin həyatına son qoyub. Müstəqillik əldə ediləndən sonra 1999-cu ildə fədakar neftçilərin xatirəsinə Neft Daşlarında abidə ucaldılıb. Onların əziz xatirəsi bu günə qədər hər il yeni nəsil neftçilər tərəfindən anılır.

Neft Daşları hadisəsindən sonra Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ən böyük təbii fəlakət 2015-ci il dekabrın 4-dən 5-nə keçən gecədə baş verib. Dənizin şiddətinə qarşı qeyri-bərabər döyüşdə həlak olmuş həmkarlarımızın qəhrəmanlıq salnaməsini əbədiləşdirmək üçün qoyulacaq abidənin açılışı bu il fəlakətin ildönümündə planlaşdırılır.

Tarix
2016.11.25 / 16:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla