Yuxarı

Ana intihar edən oğlunu xilas etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda 15 yaşlı oğlan özünü asaraq intihara cəhd edib.

Hadisə Pərioğullar kəndində baş verib. Kənd sakini 15 yaşlı R.M yaşadığı evdə özünü asıb. Bir neçə dəqiqə sonra xırıltı səsi eşidən məktəblinin anası otağa daxil olub və özünü asan oğlunu görüb.

Qadın dərhal bıçaqla kəndiri kəsib və oğluna yardım göstərib. Həyətdən R.M-in qardaşı və qonşular da haraya gəlib. Yeniyetmə avtomobil ilə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gətirilib.

Özünü asan oğlanın anası kəndiri kəsən kimi övladına süni nəfəs verib. Qadın yolda olarkən maşında da oğluna süni nəfəs verərək onun həyatda qalmasına kömək edib.

Həkimlər bildiriblər ki, əgər R.M xstəxanaya bir neçə dəqiqə gec çatdırılsaydı və anası ona süni nəfəs verməsəydi yeniyetməni xilas etmək mümkün olmazdı.

Hazırda xəstəxanada olan 10-cu sinif şagirdinin vəziyyəti orta-ağırdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır ("lent.az").

Tarix
2014.03.23 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla