Yuxarı

Əfqanıstanda nə qədər hərbçimiz qulluq edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı hərbi kontingenti hazırda orada xidmətini davam etdirir və şəxsi heyətinin tərkibi 6 aylıq rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onları sayı artıraraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentimizin 2 dəfə artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib.

Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir ("Trend").

Tarix
2014.03.26 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla