Yuxarı

100-dən çox azərbaycanlı... - Hindistan səfiri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
100-dən çox azərbaycanlı... - Hindistan səfiri

Hindistanın Texniki İqtisadi Əməkdaşlıq (İTEC) proqramının azərbaycanlı məzunları Hindistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir araya gəliblər.

Hindistan Səfirliyindən Report-a verilən məlumata görə, tədbirdə bu proqram çərçivəsində Hindistanda təlim kurslarında iştirak etmiş müxtəlif dövlət qurumlarının rəsmiləri, peşəkarlar və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan hökuməti tərəfindən müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla bölüşmək məqsədilə 1964-cü ilin sentyabrından etibarən həyata keçirilir. Proqramın üç mühüm tərkib hissəsi var ki, bunlar texniki yardımın çatdırılması, texnologiyanın ötürülməsi və təlim və biliklərin qazanılmasıdır.

Səfir qeyd edib ki, Azərbaycana İTEC proqramında hər il 15 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox azərbaycanlı nümayəndə İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov tədbirdə qeyd edib ki, dövlət agentliyinin bir sıra əməkdaşları “Külək turbin texnologiyası və tətbiqi” mövzusunda ITEC proqramları çərçivəsində təşkil edilən təcrübə proqramlarında və seminarlarda iştirak edib.

Tarix
2016.12.18 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla