Yuxarı

İcra başçısı: “Onlardan hələ də xəbər yoxdur”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, 5 il blokada vəziyyətində yaşamış strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb. A.Məmmədov bu girovlardan 122 nəfərin geri qaytarıldığını, 43 nəfərin taleyindən hələ də bir xəbər olmadığını bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcər rayonunun işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də, Ermənistan hələ də bu qətnaməyə məhəl qoymur, dünya birliyi də buna göz yumur: "Əksinə, Ermənistan işğal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılması siyasətini həyata keçirir, tarixi abidələrimiz məhv edilir, bir qismi isə erməniləşdirilir".

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı kəlbəcərlilərin sosial-iqtisadi problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğunu söyləyib. O qeyd edib ki, Kəlbəcər işğal edilən zaman rayonun 60 minə yaxın sakini olub. Hazırda sayı 72 minə çatan kəlbəcərlilər Azərbaycanın 56 rayonunun 800-dən artıq yaşayış məntəqəsində məskunlaşıb: "3200 ailə yeni tikilən qəsəbədə mənzillərlə təmin olunub. Bu yaxınlarda yataqxana şəraitində yaşayan 1400 kəlbəcərli Gəncə şəhərində tikilən yeni qəsəbədə mənzillərlə təmin edildi. Bütün bunlara baxmayaraq, biz ata-baba yurdlarımıza qayıtmaq arzusu ilə yaşayırıq. Prezident İlham Əliyev də həmin qəsəbəni ziyarət edən zaman bəyan etdi ki, Azərbaycan dövləti güclənir, zaman çatacaq, Kəlbəcərdə, Şuşada, Laçında, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, bir qarış torpağımızı da düşmənə verməyəcəyik və işğal olunmuş torpaqlarımızda bundan da gözəl qəsəbələr tikəcəyik. Biz o günü gözləyirik".

Tarix
2014.04.02 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla