Yuxarı

“Botanika soyqırımı” ilə bağlı imzatoplama başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentə müraciət ediləcək

Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılmsına etiraz edən vətəndaşlar bunun qarşısını almaq üçün Prezident İlham Əliyevə müraciət hazırlayıb.

"Axar.az" xəbər verir ki, bu müraciət sosial şəbəkələrdə yayılıb. Müraciətdə "Botanika bağı"nın qırılmasının dayandırılması xahiş olunur. Artıq bir necə dəqiqə ərzində 250-dən çox imza verilib. Rəqəmin hər dəqiqə artması müşahidə edilir.

Qeyd edək ki, sənədin müəllifləri əvvəlcə 100 imza toplamağı hədəfləyib. Sonradan imzaların surətlə artması limiti 200-ə qaldırıb və real rəqəm bu həddi də ötüb.

Xatırladaq ki, son günlərdə "Botanika bağı"ndakı ağacların kütləvi surətdə qırılması xəbərləri yayılıb. Ərazidə yaşayan sakinlərə bildirilib ki, burada park salınacaq. Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağından isə ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin əsassız olduğu bildirilib. Rəsmilər yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qisminin köçürüldüyünü deyib.

Tarix
2014.04.07 / 13:02
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla