Yuxarı

SOCAR-da faciə: fəhlə əlil oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-da faciə: fəhlə əlil oldu

Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsində bədbəxt hadisə baş verib.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində idarənin Zığ ərazisindəki liman sahəsində fəhlə ağır yaralanıb: "Dünən fəhlənin ayağının üstünə beton plitə aşıb. Nəticədə onun bütün ayaq barmaqları kəsilib. İlkin araşdırmalara görə, hadisə idarədə təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verib. Bundan əlavə, işçini küləkli havada işləməyə məcbur etmək yolverilməzdir. İdarə rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində fəhlə ömürlük əlil oldu".

M.Qəhrəmanlı qeyd edib ki, neft sektorunda qəzalarla bağlı araşdırma aparılır: "Lakin baş vermiş qəzalar nəticəsində ölüm və xəsarət faktlarına görə indiyədək heç bir məmur cəzalandırılmayıb. Əksinə, qəza faktları gizlədilir, ölən günahkar çıxarılır. Bu faktı da gizlətməyə çalışıblar. Buna görə də qəza nəticəsində xəsarət alan fəhlənin kimliyini araşdırırıq" ("Virtualaz.org").

Tarix
2014.04.09 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla