Yuxarı

Bu gün M.Ə.Rəsulzadənin doğum günüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Axar.az xəbər verir ki, Rəsulzadənin anadan olmasından 133 il ötür.

M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə "Hümmət" Təşkilatının yaradılmasında iştirak edib.

1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olub.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. Elə həmin il Müsavat Partiyasının sədri olub. 1918-ci il mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılıb və səs çoxluğu ilə M.Ə.Rəsulzadə sədri seçilib. Bununla da Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti yaradılıb.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra Rəsulzadə Azərbaycanı tərk edib.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, “Əsri” məzarıstanlığında dəfn olunub.

Tarix
2017.01.31 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla