Yuxarı

15 evdən oğurluq edənlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib.

Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur.

İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.

Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2017.02.24 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla